Ağıllı məişət idarəetmə dəsti
Azərbaycanda ilk!
Smartzone şirkəti Görmə problemi olan şəxslər, yataq xəstələri və yaşlı insanlar üçün "Ağıllı məişət idarəetmə" dəstini təqdim edir.
Dəst vasitəsi ilə səslə televizor, kondisioner kimi əşyaları yandırmaq, söndürmək və idarə etmək mümkündür.
Dəst daxilində yerləşən əsas cihazlardan biri ağıllı səsucaldandır. Bu həm səslə idarəni təmin edir, həm də musiqi oxutmağa imkan verir. Cihazı istifadə edən şəxs sadəcə səslə istədiyi musiqini qoşub dinləyə bilər. Əlavə olaraq cihaz hava haqqında məlumatı, xəbərləri və digər məlumatları səsləndirə bilir.
Səslə televizor idarəsi
Ağıllı səsucaldan həmçinin televizoru yandırmağa, söndürməyə, kanalları dəyişdirməyə, səsini artırıb-azaltmağa imkan verir.
Səslə kondisioner idarəsi
Dəstə daxil olan qurğulardan biri də ağıllı pultdur. Səslə kondisioneri yandıra, söndürə, temperaturunu dəyişə bilərsiniz.
Əl cihazları ilə idarəetmə
Danışmağa çətinlik çəkən xəstələr üçün ağıllı kub, ağıllı düymə kimi cihazlar təqdim olunur. Bu cihazları əlinizdə saxlayaraq və əmrlər verərək musiqi qoşa, televizoru və kondisioneri yandıra, söndürə və idarə edə bilərsiniz.